• çərşənbə, 24 Aprel, 07:24
  • Baku Bakı 13°C

Messini yüksəltdi, Ronaldonu aşağıladı

03.12.19 12:30 442
Messini yüksəltdi, Ronaldonu aşağıladı
"Liverpul”un futbolçusu Vircil van Deyk "Qızıl top” mükafatının səsverməsində ikinci yeri tutaraq Leonel Messiyə məğlub olub.
Kaspi.az xəbər verir ki, Van Deyk mükafatlandırma mərasimində Messinin şəninə tərif söyləyib. O, səsvermədə 3-cü yeri tutan, amma mərasimə qatılmayan Kriştiano Ronaldonu aşağılayıb:
"İl olduqca möhtəşəm alındı. Bu dünyadan olmayan Messi kimi futbolçu varsa, qalib gəlmək asan deyil. O, fantastik futbolçudur. Bilirsiniz, dahilərə hörmət etmək lazımdır.
Bu il klub və yığma ilə əldə etdiyim uğurlarla qürur duyuram. Mənim karyeram Messinin keçdiyi yoldan fərqlidir. Mən bir qədər gec səhnəyə çıxmışam. Amma heç vaxt təslim olmadım, daim öz üzərimdə çalışdım”.
Van Deyk Ronaldonun mərasimə qatılmamağına belə münasibət bildirib: "Bəyəm Ronaldo "Qızıl top”a namizədlər arasında idi?”
banner

Oxşar Xəbərlər