Messini “Dieqo, Dieqo” şüarı ilə qarşıladılar
"Barselona”
Çempionlar Liqasının 1/8 finalında "Napoli” ilə ilk qarşılaşma üçün Neapola gəlib.
Kaspi.az xəbər
verir ki, "Napoli” fanatları Messini xüsusi şüarla qarşılayıblar. Onlar Leonu
görcək "Dieqo, Dieqo” qışqırıblar. Fanatlar bu şüarı "Napoli”nin əfsanəsi Dieqo
Maradonanın şərəfinə səsləndiriblər.
Fanatlar
Maradonanın şərəfinə mahnı da oxuyublar. Ümumilikdə, onların Leoya münasibəti
xoş olub.