Messi öz brendini təqdim etdi
"Barselona”nın futbolçusu Lionel Messi yeni biznes sferasına qoşulub.
Kaspi.az xəbər verir ki, Messi yüngül sənayeyə yatırım edəcək. O,
artıq özünün geyim brendinin ilk dəstini təqdim edib.
Layihənin brend-meneceri Messinin bacısı Mariya Solla məşhur
amerikalı dizayner Tommi Hilfiqerin bacısı Cinni Hilfiqerdir.
Artıq ilk geyim dəstləri satışdadır Qiymətlər isə bahadır,
60 dollardan 130 dollara
qədər. Messi "instaqram”da belə yazıb:
"Brend geyim dəstlərimi təqdim etmək xoşdur. Artıq satışdadır. Hər
kəsi qucaqlayıram”.