• cümə axşamı, 28 mart, 19:19
  • Baku Bakı 13°C

Messi yığma karyerasını bitirdi

27.06.16 12:43 1594
Messi yığma karyerasını bitirdi
Futbol üzrə Argentina yığmasının kapitanı Lionel Messi Amerika Kubokunun finalında Çiliyə məğlub olduqdan sonra (0:0, penaltilər üzrə 2:4) bəyan edib ki, daha milli komandada çıxış etməyəcəkL. Messi qeyd edib ki, artıq bu barədə qərar qəbul edilib.
Milli ilə mükafat qazanmağa çalışdığını deyən argentinalı bildirib:
"Mən yenə bizdə bir şey alınmadığına görə çox kədərliyəm. Çox vacib penaltini vura bilmədim, vəssalam”.
O, geyinib-soyunma otağında millidə daha çıxış etməmək qərarı aldığını vurğulayıb:
"Mən dörd final uduzmuşam. Bu gün qalib gəlməyə çalışdıq. Mən çalışdım, lakin olan oldu. Gedirəm, bu hamı üçün yaxşı olacaq. Finalda məğlubiyyət bizi qane etmir. Argentina ilə çempion olmağı istəyirdim, lakin məndə alınmadı”.
MƏQALƏDƏ:
Lionel Messi
banner

Oxşar Xəbərlər