Messi və Mbappeyə yer yoxdu - Simvolik yığmada
"France Football” nəşri Çempionlar Liqasının 2016/2017 mövsümünün
simvolik yığmasını müəyyənləşdirib.
Kaspi.az xəbər verir ki, "Barselona”nın futbolçusu Lionel Messiyə
simvolik yığmanın əsas heyətində yer olmayıb. O, və "Monako”nun hücumçusu
Kilian Mbappe ehtiyat oyunçular sırasında yer alıblar. Nəşrin simvolik
yığmasında bu futbolçular qərarlaşıb:
Canluici Buffon, Dani Alves, Leonardo Bonuççi (hamısı "Yuventus”), Serxio
Ramos, Marselo, Luka Modriç (hamısı "Real”), Fabino, Toma Lemar (hər iksi
"Monako), Paulo Dibala ("Yuventus”), Neymar ("Barselona”), Ronaldo
("Real”).
Ehtiyat oyunçular: Mark-Andre ter Ştegen ("Barselona”), Corc Kellini
("Yuventus”), Benjamen Mendi ("Monako”), Sami Xedira, Mario Mançukiç (hər ikisi
"Yuventus”), Killian Mbappe ("Monako”), Lionel Messi ("Barselona”) və Kərim
Benzema ("Real”).