Messi üçün yeni problem: Argentinadan şahid gəlib
"Barselona”nın
futbolçusu Lionel Messinin yeni problemi yaranıb.
Kaspi.az xəbər
verir ki, İspaniya məhkəməsi Messinin fonduna qarşı işi bərpa edib. Hakim
Mariya Tardon Argentinadan olan şahid Federiko Rotterinin dindirilməsi üçün
cinayət işini yenidən başladıb.
Rotterini
Messini, onun atasını, qardaşını, futbolçunun əhatəsində olan bir sıra şəxsləri
çirkli vəsaitin yuyulmasında və iqtisadi qanunları pozmaqda ittiham edir.
Messinin fondu
vergidən yayınmaq üçün xarici sponsorlarla əməkdaşlıq edib. Bu fondlar, xeyriyyə
işlərinə vəsait ayırdıqları üçün vergidən azad olunurlar. Bu minvalla, fond 10
milyon avroya yaxın vəsait əldə edib.
Bir müddət əvvəl
fondun sabiq əməkdaşı da məsələ ilə bağlı məhkəməyə müraciət etmişdi. Ancaq həmin
vaxt faktlar yetərli olmadığı üçün iş bağlanmışdı.
Leo vergidən
yayındığı üçün 2016-cı ildə 21 aylıq həbs cəzasına məhkum edilib.