• çərşənbə, 24 Aprel, 18:40
  • Baku Bakı 23°C

Messi Ronaldo kimi maşın deyil - Emmanuel Peti

09.02.20 14:27 1869
Messi Ronaldo kimi maşın deyil - Emmanuel Peti
"Barselona”nın sabiq yarımmüdafiəçisi Emmanuel Peti Lionel Messinin "Mançester Siti”yə keçə biləcəyi ilə bağlı şayiələrə münasibət bildirib.
Trend-in məlumatına görə, sabiq fransalı futbolçu hətta Leonu Kriştiano Ronaldo ilə də müqayisə edib. Bildirib ki, Messi Kriştiano Ronaldo deyil:

"O, fiziki planda maşın təsiri bağışlamır. Ronaldo əsl kabusdur. Lionelin 32 yaşı var və o, ancaq 2 mövsüm də belə yüksək səviyyədə çıxış edə bilər. Hətta "Barselona”da ətrafında yüksək səviyyəli futbolçular oynasa belə, əvvəlki sürət və driblinqini nümayiş etdirə bilməyəcək. Yəqin ki, Leo karyerasının sonuna çox vaxt qalmadığını çox yaxşı anlayır”.
banner

Oxşar Xəbərlər