AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Messi Pelenin rekordunu qırdı

Messi Pelenin rekordunu qırdı

İdman
12 Noyabr 2012, 09:14 1848
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi bir təqvim ili üzrə qol sayında Pelenin rekordunu qırıb.

Lent.az-ın məlumatına görə, La Liqanın 11-ci turunda Messi komandasının “Malyorka”nı 4:2 hesabı ilə yendiyi görüşdə 2 top vurub.

Onun 44-cü və 70-ci dəqiqələrdə endirdiyi zərbələr dəqiq olub. Bununla da argentinalı hücumçu 2012-ci il ərzində vurduğu qolların sayını 76-ya çatdırıb. Messi bu göstəricidə 1958-ci ildə Braziliya yığması və “Santos”un heyətində 75 dəfə fərqlənmiş Peleni geridə qoyub. Bu göstəricidə rekord Herd Müllerə məxsusdur. Müller 1971-ci ildə Almaniya millisi və “Bavariya”nın heyətində 85 qola imza atıb.

Qeyd edək ki, Lionel Messinin qol sayında daha bir neçə rekordu var. 2011-2012-ci il mövsümündə o, “Barselona”nın heyətində 73 qol vurub. O, Herd Müllerin 1972-1973-cü il mövsümündə müəyyənləşdirdiyi 67 qol rekordunu təzələyib. Messi İspaniya çempionatının bombardir rekordunu da yeniləyib. O, ötən mövsüm 50 qol vurub. Argentinalı forvard bütün turnirlərdə vurduğu 232 qolla klubunun rekordçusu sayılır. Bu mövsüm isə o, 15 qolla bombardirlər siyahısına başçılıq edir.