Messi onun “Real”a keçəcəyini gözləyirmiş

Messi onun “Real”a keçəcəyini gözləyirmiş

İdman
09 Oktyabr 2019, 13:15 237
"Barselona”nın futbolçusu Lionel Messi sabiq komanda yoldaşı, hazırda PSJ-də çıxış edən Neymar barədə danışıb. 
Kaspi.az xəbər verir ki, Messi bildirib ki, Neymarın "Real”a keçəcəyini düşünürmüş. Qeyd edək ki, yayda braziliyalı futbolçunun adı "Real” və "Barselona” ilə hallansa da, keçid baş tutmadı: 
 
"Düşünürdüm ki, Neymar "Barselona”ya qayıtmasa, mütləq "Real”a keçəcək. O, həqiqətən də PSJ-ni tərk etmək istəyirdi və bu barədə açıq danışmışdı. 
 
Əmin idim ki, Florentino Peres hər şeyi edəcək ki, Neymar "Real”a keçsin”.
 
Neymar "Barselona”dan PSJ-yə 2017-ci ilin yayında 222 milyon avroya keçib.