• çərşənbə, 24 Aprel, 11:10
  • Baku Bakı 13°C

Messi Maradonanın zənglərinə cavab vermir

31.03.17 10:45 882
Messi Maradonanın zənglərinə cavab vermir
Argentina futbolunun əfsanəsi Dieqo Maradona Lionel Messinin cəzalanmasına münasibət bildirib. Kaspi.az xəbər verir ki, Maradona Messinin cəzasının ağır olduğunu deyib. O, məsələ barədə FİFA prezidenti ilə söhbət edəcəyini də vurğulayıb: "Messiyə verilən cəza çox ağırdır. Boliviya ilə oyunda onun olmaması məğlubiyyətin əsas faktorlarından biridir. Mənə həm də o təsir edir ki, Messinin cəzalanmasında Maradonanı günahkar bilirlər. Mənim heç nədən xəbərim yoxdur. FİFA prezidenti İnfantino ilə danışacağam. Çünki bu, dəhşətli qərardır.
Mən bir neçə dəfə Leoya zəng etdim ki, məsələni müzakirə edək. Ancaq cavab almadım. Messi heç nədən şikayətlənməyən əla oğlandır”.
Messi Çili ilə oyunda hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb. Mətbuatda yayılan məlumatlarda bildirilir ki, Messinin cəzalanmasını Maradona tələb edib.
banner

Oxşar Xəbərlər