Messi də, digərləri də onlara əl uzatmayıb
"Barselona”nın
futbolçuları Çempionlar Liqasında "Slaviya” ilə keçirilən qarşılaşmada qonaqpərvərlik
davranışı göstərməyiblər.
Kaspi.az xəbər
verir ki, "Barselona”nın bir neçə futbolçusu, o cümlədən Messi qarşılaşmadan
sonra "Slaviya”lılara əl uzatmadan meydanı tərk ediblər. Bu barədə çexlərin
qapıçısı Ondrjey Kolarj məlumat verib:
"Ter Şteqen məni
paltardəyişmə otağına gedən yolda saxladı və dedi ki, çoxdandır hansısa
qapıçının belə oyununu görməmişdim. Yüksək səviyyəli qapıçıdan belə sözlər
eşitmək xoş idi. Ancaq "Barsa”nın digər futbolçuları...
Messi və digərləri,
sadəcə, çıxıb getdilər. Hətta bizə əl də uzatmadılar. Kədərli idi. Biz belə məşhurlarla
oyunu böyük səbirsizliklə gözləyirdik. İstəyirdik ki, formaları dəyişək. Ancaq
onlar özlərini yaxşı aparmadılar”.
"Barselona” –
"Slaviya”ya qalib gələ bilməyib – 0:0.