• çərşənbə, 24 Aprel, 21:13
  • Baku Bakı 23°C

Messi DÇ-yə getməsə Maradonanın fanatları sevinəcək

10.10.17 15:15 2275
Messi DÇ-yə getməsə Maradonanın fanatları sevinəcək
Argentina yığmasının sabiq futbolçusu Mario Kempes milli komandanın və Lionel Messinin DÇ-yə qatılmayacağının faciə olacağını bildirib.
Kaspi.az xəbər verir ki, o, bu halda yalnız Dieqo Maradonanın fanatlarının sevinəcəyini vurğulayıb. Kempes komandadakı problemlərin psixoloji amillərlə əlaqələndirilməsi ilə də razılaşmayıb:
"Argentina yığması və Messi DÇ-də olmasa, bu, faciə sayılacaq. Buna ancaq Maradonanın fanatları sevinə bilərlər. Belə olacağı təqdirdə, onlar yenə də "Maradona futbol tarixinin ən yaxşı futbolçusudur” deyə biləcəklər.
Yığmanın problemlərinin psixoloji amillərə bağlı olduğunu deyənlərlə razılaşmıram. Futbolçular təcrübəsiz gənclər olsaydı, bunu iddia etmək olardı. Komandada belə problemin olduğunu görmürəm.
Xorxe Sampaolinin xilaskar olduğunu sübut etmək üçün 90 dəqiqəsi var. Axı yığmaya baş məşqçi təyin ediləndə, hamı onun xilaskar olduğunu deyirdi”.
Argentina DÇ-nin seçmə mərhələsinin son turunda səfərdə Ekvadorla qarşılaşacaq.
banner

Oxşar Xəbərlər