Messi bir sirrini açdı
"Barselona”nın
futbolçusu Lionel Messi cərimə zərbələrini ustalıqla yerinə yetirməsinin
sirrini açıb.
Kaspi.az xəbər
verir ki, Messi bunun üçün bir neçə aspekt üzərində işlədiyini bildirib. O,
bunun üzərində xeyli məşq etdiyini vurğulayıb:
"Bəli, doğrudur
ki, mən qapıçıları öyrənməyə xeyli vaxt sərf edirəm. Onların hərəkətlərini
müşahidə edir, hansı tərəfə addım atdıqlarına, canlı səddi necə
qurduqlarına fikir verirəm. Bütün bunlar
üzərində isə məşqlərdə xeyli çalışıram”.
Messi cari
mövsümdə İspaniya çempionatında 13 oyun keçirib, 3 qol vurub, 6 qol ötürməsi
edib.