• cümə, 29 Mart, 19:38
  • Baku Bakı 14°C

Messi başqa yerdə tapa bilməyəcək - “Barsa”da tapdığını

05.05.17 13:45 1042
Messi başqa yerdə tapa bilməyəcək - “Barsa”da tapdığını
"Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç Lionel Messi ilə yeni müqavilə ilə bağlı aparılan danışıqlara münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Rakitiç Messinin "Barsa” ilə yeni müqavilə bağlamalı olduğunu deyib. O, Leonun burda əldə etdiklərini başqa heç bir yerdə tapmayacağını vurğulayıb:
"Messi bilir ki, "Barsa”da tapdığını başqa heç bir yerdə əldə edə bilməyəcək. Biz hamımız istəyirik ki, o, karyerasını məhz bu klubda bitirsin. Allah etsin ki, o, "Barsa”da qalsın”.
Hazırda "Barsa” rəhbərliyi Messi ilə intensiv danışıqlar aparır. Onun qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatır.
banner

Oxşar Xəbərlər