• cümə axşamı, 25 aprel, 17:10
  • Baku Bakı 23°C

Messi Abidala: Ad çək

05.02.20 12:23 1936
Messi Abidala: Ad çək
"Barselona”nın idman direktoru Erik Abidalın fikirlərinə Lionel Messi etiraz edib.
Kaspi.az xəbər verir ki, Abidal mətbuata verdiyi açıqlamada bildirmişdi ki, "Barsa”nın futbolçuları komandanın sabiq baş məşqçisi Ernesto Valverdedən narazı idilər. Messi "instaqramda” yazdığı statusda Abidaldan ad çəkməyi tələb edib:
"Əgər detallı danışırsınızsa, onda ad çəkin. Əks halda, siz bütün futbolçuları şübhə altına alırsınız.
Düzünü desəm, belə şeylər haqda danışmağı sevmirəm. Amma hər kəs dediklərinin məsuliyyətini hiss etməlidir.
Futbolçular meydanda yaşananlara görə məsuliyyət daşıyırlar. Amma idman məsələləri ilə bağlı qərar verənlər də hansı məsuliyyəti daşıdıqlarının fərqində olmalıdırlar”.
banner

Oxşar Xəbərlər