Messi 70-ci illərin ulduzu kimi
FİFA Meksikada
keçirilən dünya çempionatının 50 illiyini qeyd edir.
Kaspi.az xəbər
verir ki, ali futbol qurumu bu münasibətlə layihə təşkil edib. Müasir dövrün məşhur
futbolçuları 70-ci illərin ulduzları obrazında təqdim edilib.
FİFA bu münasibətlə
Messi, Mbappe və Neymarı seçib. Onların, müvafiq olaraq Argentina, Fransa və
Braziliya yığmasının 70-ci illərdəki formasındakı obrazları qurumun "tvitter” səhifəsində
yerləşdirilib.
Qeyd edək ki,
1970-ci ildə Meksikada keçirilən DÇ-nin qalibi Braziliya yığması olub.