AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Messi 40 ilin rekordunu təzələdi

Messi 40 ilin rekordunu təzələdi

İdman
10 Dekabr 2012, 08:48 1626
İspaniyanın “Barselona” klubunda oynayan argentinalı futbolçu Lionel Messi dekabrın 9-da 1972-ci ildən bəri dəyişməz qalan rekordu təzələyib. O, İspaniya çempionatının 15-ci turunda “Betis”in qapısından 2 top keçirərək il ərzində vurduğu qolların sayını 86-ya çatdırıb. 1972-ci ildə Herd Müller Almaniya milli komandası və “Bavariya” klubunda keçirdiyi 60 rəsmi oyunda 85 qola imza atmışdı. O zamandan bu rekord dəyişmirdi.

1987-ci ildə Argentinanın Rosario şəhərində doğulan Lionel Messi 2004-cü ildən “Barselona”nın şərəfini qoruyur.