• şənbə, 20 Aprel, 17:26
  • Baku Bakı 23°C

Məşqçi tələb etdi, amma yenə də üzr istəmədi

30.10.19 12:13 927
Məşqçi tələb etdi, amma yenə də üzr istəmədi
"Arsenal”ın futbolçusu Qranit Caka azarkeşlərdən üzr istəməkdən imtina edib.
Kaspi.az xəbər verir ki, "Kristal Pelas”la qarşılaşmada (2:2) Caka ilə fanatlar arasında insident yaşanmışdı. Qarşılaşmanın 61-ci dəqiqəsində Caka əvəzlənərkən, fanatlar onun meydanı asta-asta tərk etməsini əsas gətirərək, fitə basmışdılar. Cavabında isə əlini qulaqlarına aparmaqla, onlara sərt jest göstərmişdi.
Qarşılaşmadan sonra "Arsenal”ın baş məşqçisi kapitandan tələb edib ki, fanatlardan üzr istəsin. Ancaq Caka üzr istəməkdən imtina edib.
Bundan əlavə, Caka "instaqram”da "Arsenal” formasında olan əsas şəklini də silib. Onun yerinə isə İsveçrə yığmasının formasında olan şəkil yerləşdirib.
Caka "Arsenal”da 2016-cı ildən çıxış edir.
banner

Oxşar Xəbərlər