Məşhur opera sənətçisi sərginin açılışında
Məşhur opera və vokal
sənətçisi Oya Ergün Muzey Mərkəzində Azərbaycan və türk rəssamlarının
əsərlərinin nümayiş olunduğu "Rənglərin qardaşlığı” adlı sərginin açılışında
iştirak edib.
Gecədə konsert proqramı ilə çıxış edən Oya
Ergün sevilən ifalarını səsləndirərək rəssamları təbrik edib: "İncəsənət bütün
xalqları birləşdirir. Sərgidə iştirak edən rəssamları təbrik edir və fəaliyyətlərində
uğurlar arzu edirəm.....” Qeyd edək ki, "Rənglərin qardaşlığı" adlı
sərgi Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Gecədə Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, Balçova Bələdiyyəsi
mədəniyyət direktoru Tuğrul Keskin, Türkiyənin Azərbaycandakı səfirliyinin
mədəniyyət və turizm müşaviri İrfan Çiftçi ilə yanaşı bir sıra millət vəkilləri
və rəssamlar iştirak ediblər. Xatırladaq ki, Oya Ergünü pianinoda Nərgiz
Əliyeva müşayiət edib.