• şənbə, 20 Aprel, 04:33
  • Baku Bakı 15°C

Məşhur müğənni Bakıya gəlir

11.09.13 15:59 1388
Məşhur müğənni Bakıya gəlir
Ukraynanı “Eurovision-2008” mahnı müsabiqəsində “Shady Lady” mahnısı ilə təmsil edən və 2-ci yeri qazanan tanınmış müğənni Ani Lorak Bakıya gəlir.
Lent.az-ın məlumatına görə, müğənni noyabrın 23-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Onun konsertinə iştirak etmək istəyənlər 35-155 manat arasında olan biletləri almalıdır. Biletləri Heydər Əliyev Sarayının kassalarından əldə etmək olar.
Xatırladaq ki, Ani Lorakın bu günə qədər 10 albomu, 2 sinqlı, 1 bioqrafik videofilm və 24 videoklipi işıq üzü görüb.
Qeyd edək ki, türk iş adamı Murat Nalçacıoğlu ile evli olan A. Lorak Ukraynanın BMT-dəki xoşməramlı səfiridir.
banner

Oxşar Xəbərlər