Məşhur klubun yeni formasında buta
"Mançester
Siti”nin növbəti mövsüm üçün forması nümayiş olunub.
Kaspi.az xəbər
verir ki, yeni dizaynlı formalar sosial şəbəkədə nümayiş olunub. Bu, növbəti
mövsümdə "Siti”nin 3-cü dəst forması olacaq.
Yeni forma fanatlar
tərəfindən birmənalı qəbul olunmayıb. Formanın üzərində Şərq elementləri –
xüsusən də buta üstünlük təşkil edir. Fanatlar formanı xalçaya bənzədiblər.