• cümə, 19 Aprel, 03:21
  • Baku Bakı 18°C

Məşhur jurnalistin həbsinə sanksiya verildi

25.07.16 12:38 1034
Məşhur jurnalistin həbsinə sanksiya verildi
Türkiyədə "Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) media ayağına qarşı əməliyyat başlayıb.
APA-nın "Hürriyet”ə istinadən yaydığı məlumata görə, İstanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun baş prokuror əvəzi İrfan Fidan aparılan istintaq çərçivəsində 42 media mənsubunun yaxalanması haqqında təlimat verib. Onların arasında Türkiyənin məşhur jurnalistlərindən olan Nazlı Ilıcakın da adı var. N. Ilıcakın hazırda turizm zonası Muğla vilayəti ərazisində olduğu güman edilir.
1944-cü il təvəllüdlü Nazlı Ilıcak Demokrat Partiyanın hakimiyyəti dövründə nazir vəzifələrində çalışmış Muammer Çavuşoğlunun qızıdır. Onun ilk həyat yoldaşı bir zamanlar Türkiyənin populyar mətbuat orqanlarından biri - "Tərcüman” qəzetinin sahibi Kamal Ilıcak olub. Mühafizəkar kəsimin tanınmış simalarından olan Nazlı Ilıcak 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib.
banner

Oxşar Xəbərlər