• şənbə, 20 Aprel, 10:26
  • Baku Bakı 14°C

Məşhur ispan yazıçısı Xuan Marse vəfat edib

20.07.20 14:21 1201
Məşhur ispan yazıçısı Xuan Marse vəfat edib
İspaniyalı məşhur yazıçı Xuan Marse ömrünün 88 ilində Barselonada vəfat edib.
AZƏRTACxəbər verir ki, bu barədə "Carmen Balcells” agentliyi məlumat yayıb.
Xuan Marse 1933 ildə dünyaya göz açıb. O, "50-ci illər nəslinin nümayəndəsi” – İspaniyada vətəndaş müharibəsindən sonra şöhrət qazanan ədəbiyyatçılardan sayılırdı. O, "Bir oyuncaqla bağlı qalmış” (Encerrados con un solo juguete, 1960), "Teresa ilə son axşamlar” (Ultimas tardes con Teresa, 1966), "Montsenin qaranlıq tarixçəsi” (La oscura historia de la prima Montse, 1970), "Lolita klubundakı sevgi nəğmələri” (Canciones de amor en Lolita’s Club, 2005) romanların müəllifidir.
Xuan Marsenin bir neçə əsərləri ekranlaşdırılıb. O, eyni zamanda milli və beynəlxalq mükafatlar da qazanıb. 2008-ci ildə Marse İspaniyanın nüfuzlu Miguel de Servantes mükafatına layiq görülüb.
banner

Oxşar Xəbərlər