• cümə, 29 Mart, 02:36
  • Baku Bakı 7°C

Məşhur futbolçuya təklif - Müğənnilərin kapitanı ol

27.07.17 13:15 1279
Məşhur futbolçuya təklif - Müğənnilərin kapitanı ol
İtaliya yığmasının sabiq futbolçusu Antonio Kassano maraqlı təklif alıb.
Kaspia.az xəbər verir ki, Kassanoya müğənnilərin yığmasında kapitan postu təklif olunub. Təklif isə məşhur italyan müğənni Canni Morandidən gəlib:
"Əziz Kassano! Sənin böyük talantın heç vaxt heç kimdə şübhə yaratmayıb. Hətta elələri var ki, sənin talantının heç kimlə müqayisə olunmadığını deyir.
Sən karyeranı bitirdiyini bildiribsən. Buna təəssüflənirəm. Ancaq məndə yeni ideya var. Bilirəm ki, musiqi sənin xoşuna gəlir. Elə isə biz birgə mahnı niyə yazmayaq?
Onda sən İtaliya müğənnilərinin yığma komandasının kapitanı da olarsan. Belə olan təqdirdə, 70 yaşına qədər futbol oynaya bilərsən”.
35 yaşlı Kassano "Verona”da ayrılaraq, karyerasını bitirdiyini bildirib. Onun məşqlərdə fiziki yükə dözməyərək belə qərar qəbul etdiyi deyilir.
banner

Oxşar Xəbərlər