Məşhur futbolçunun anası da narkotacirlərlə əlaqədə olub
"Barselona”nın sabiq futbolçusu, Meksika yığmasının kapitanı Rafael
Markesin anası Roza Alisiya Alveres narkotacirlərlə əlaqədə şübhəli bilinir.
Kaspi.az xəbər verir ki, mətbuat Rozanın narkotacirlərlə bir sıra
daşınmaz əmlak əməliyyatları apardığı barədə məlumat əldə edib. Onun 2007-ci
ildə "Əmi” ləqəbli narkotacir və qanuni oğrudan torpaq sahəsi və ev aldığı
deyilir. O, buna görə 265 min funt ödəyib.
38 yaşlı futbolçunun özü də bir müddət əvvəl narkotacirlərlə əlaqədə
ittiham edilmişdi. Hazırda "Atlas” klubunda çıxış edən futbolçuya ABŞ sanksiya
tətbiq edib.