• cümə, 29 Mart, 15:06
  • Baku Bakı 14°C

Məşhur futbolçu qubernator olmaq istəyir

27.09.17 12:20 1064
Məşhur futbolçu qubernator olmaq istəyir
Braziliya yığmasının sabiq futbolçusu Romario qubernator olmaq niyyətindədir.
Kaspi.az xəbər verir ki, Romario 2018-ci ildə Rio-de-Janeyroda keçiriləcək seçkilər zamanı namizədliyini irəli sürmək istəyir. Bu barədə o, özü məlumat verib:
"Gələn il Rio-de-Janeyroda qubernator seçkiləri keçiriləcək. Bu seçkilərdə namizədliyimi irəli sürmək istəyirəm. Partiyadaşlarımla görüş keçiriləcək, bu məsələni müzakirə edəcəyik. Çalışacağam ki, mənim namizədliyimi irəli sürsünlər”.
1994-cü ilin dünya çempionu "Podemos” partiyasının üzvüdür və Braziliya senatında təmsil olunur.
Romario karyerasını 2009-cu ildə bitirib.
banner

Oxşar Xəbərlər