• cümə, 29 Mart, 10:38
  • Baku Bakı 5°C

Məşhur futbolçu heyətdən çıxarıldı

13.09.17 17:15 2233
Məşhur futbolçu heyətdən çıxarıldı
Çinin "Şanxay Şenxua” klubunun futbolçusu Karlos Teves heyətdən çıxarılıb.
Kaspi.az xəbər verir ki, Teves yeni baş məşqçi Vu Tsinsunun göstərişi ilə heyətdən uzaqlaşdırılıb. Teveslə yanaşı, yarımmüdafiəçi Freddi Quarin də eyni aqibətlə üzləşib. Baş məşqçi onların artıq çəkiləri olduğu üçün belə qərar qəbul etdiyini bildirib:
"Teves mənim planlarım barədə məlumatlandırılacaq. Ancaq o, bu gün oynamağa hazır deyil. Onun artıq çəkisi var. O cümlədən Quarinin də.
Mən futbolçular və nəticələr görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Əgər siz komanda naminə hər şeyi edə bilmirsinizsə, onda heyətdən kənarda qalacaqsınız.
Bir çox məşhur futbolçuları çalışdırmışam. Reputasiya bu məsələdə heç bir rol oynamır”.
Teves bu mövsüm 12 oyunda meydana çıxıb və 2 qol vurub. Quarin isə 12 oyunda 6 dəfə fərqlənib.
banner

Oxşar Xəbərlər