AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Məşhur azərbaycanlının kenqurusu ölüb

Məşhur azərbaycanlının kenqurusu ölüb

Mədəniyyət
05 Noyabr 2012, 14:03 1428
Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, kenqurunun ölümünə səbəb onun təlimçisi Rauf Rəsulovun məsuliyyətsizliyi və “Çarli”nin müalicəsinin vaxtında təmin etməməsidir.

Amma kenqurunun milliyyətcə azərbaycanlı olan təlimçisi Rauf Rəsulovun məlumatına görə, onun sevimli kenqurusunun ölümünə səbəb Ukraynalı gömrükçülərdir: “Biz Kiyevdən qastroldan qayıdırdıq. Sərhəddə 9 gün qalmalı olduq. Kenquru və digər heyvanlar da vaqonlarda qalırdılar. 9 gün bir yerdə hərəkətsiz qalmaları bəzi heyvanların səhhətində problem yaratdı. “Çarli” isə öldü. Çünki kenqurular daim hərəkətdə olmağı sevən heyvanlardır. Onlar uzun müddət hərəkətsiz qala bilmirlər”.

Qeyd edək ki, Rauf Rəsulov Rusiyanın məşhur sirk ustalarından sayılır. Onun müxtəlif heyvanlarla sirk nömrələri bütün dünyada məşhurdur. Adı çəkilən kenquru isə hətta “Kölgə ilə döyüş-3” filmində boksçu kimi rol da alıb.