• cümə axşamı, 28 mart, 20:20
  • Baku Bakı 13°C

Mərkəzi Qan Bankı qan ehtiyatının azalması ilə bağlı vətəndaşlara çağırış edib

14.01.21 11:03 351
Mərkəzi Qan Bankı qan ehtiyatının azalması ilə bağlı vətəndaşlara çağırış edib
Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib.
BankdanAPA-ya verilən xəbərə görə, qan ehtiyacları davamlı olduğundan hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb.
Bankın vətəndaşlara müraciətində deyilir: "Qan ehtiyacı olan vətəndaşlarımızı davamlı qanla təmin etmək üçün sənə ehtiyacımız var. Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl”
Ünvan: Mərkəzi Qan Bankı, Feyzulla Qasımzadə küçəsi 65
Telefonlar: 907
+99412 440 65 86
+99412 440 78 50
+99412 441 66 52.
banner

Oxşar Xəbərlər