• şənbə, 20 Aprel, 08:26
  • Baku Bakı 14°C

Mərkəzi Bank: Strateji valyuta ehtiyatları xarici dövlət borcunu 4,4 dəfə üstələyib

12.08.16 18:19 1095
Mərkəzi Bank: Strateji valyuta ehtiyatları xarici dövlət borcunu 4,4 dəfə üstələyib
Bu ilin 6 ayında ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.

"APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-iyun ayları ilə bağlı "Pul siyasəti” icmalında bildirilib.

Belə ki, 2016-cı ilin 6 ayının sonuna strateji valyuta ehtiyatları 38,3 mlrd. ABŞ dolları təşkil edərək 32 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 4,4 dəfə üstələyib.
banner

Oxşar Xəbərlər