• cümə, 19 Aprel, 15:07
  • Baku Bakı 25°C

Mərkəzi Bank banklara göstəriş verib

20.02.15 18:40 428
Mərkəzi Bank banklara göstəriş verib

Azərbaycanda fəaliyyət göstərən bütün kommersiya bankları bu həftənin şənbə və bazar günləri (fevralın 21 və 22-si) adi iş rejimində fəaliyyət göstərəcək.
“APA-Economics”in bank sektorundakı mənbədən aldığı məlumata görə, bununla bağlı müvafiq qərar kommersiya banklarına Azərbaycan Mərkəzi Bankı tərəfindən göndərilib.
Mənbənin dediklərini “Azərbaycan Beynəlxalq Bankı” və “ExpressBank” faktiki olaraq təsdiq edir. Belə ki, həmin bankların yaydığı məlumatda bildirilir ki, onlar şənbə və bazar günü adi iş rejimində çalışaraq, müştərilərə bütün xidmətləri göstərəcək.
banner

Oxşar Xəbərlər