AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mərkəzi Bank AYİB-lə birgə kiçik və orta biznesə dəstək göstərəcək

Mərkəzi Bank AYİB-lə birgə kiçik və orta biznesə dəstək göstərəcək

İqtisadiyyat
23 Sentyabr 2020, 21:32 237
Mərkəzi Bankla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycanda cari il ərzində kiçik və orta müəssisələrin kreditləşməsi üzrə milli valyutada svop-əməliyyatların keçirilməsi barədə çərçivə sazişi imzalanıb.
Bu barədə Trend-ə Mərkəzi Bankdan bildiriblər.
AYİB-lə Mərkəzi Bank arasında əməkdaşlığı tənzimləyən 2019-2024-cü illər üçün strategiya çərçivəsində tərəflər arasında kiçik və orta sahibkarlığın dəstəklənməsi, yerli kapital bazarlarının inkişafı, uçot dərəcələrinin azaldılması üzrə əlavə stimulların verilməsi və valyuta bazarında təklif mənbələrinin genişləndirilməsi ilə bağlı saziş imzalanıb.
Mərkəzi Bankın məlumatına əsasən, saziş çərçivəsində AYİB-lə 200 milyon dollar məbləğində svop-sazişin imzalanması planlaşdırılır. Bu saziş sayəsində AYİB-dən cəlb edilən vəsaitlər yerli şirkətlərə, xüsusilə də müvəqqəti çətinliklərlə üzləşmiş kiçik şirkətlərə veriləcək. Svop-əməliyyatlar təkcə pandemiya müddətində deyil, sonrakı dövrlərdə də davam etdiriləcək.