• cümə, 19 Aprel, 07:56
  • Baku Bakı 13°C

Merkel Trampla İran və İraq ətrafındakı vəziyyəti müzakirə edib

08.01.20 10:10 489
Merkel Trampla İran və İraq ətrafındakı vəziyyəti müzakirə edib
Almaniya kansleri Angela Merkel və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.
"Kansler Angela Merkel və ABŞ Prezidenti Donald Tramp İran və İraq ətrafında gərgin vəziyyəti müzakirə ediblər. Onlar, həmçinin Liviyadakı hazırkı vəziyyət və bu ölkədə münaqişənin həlli üzrə siyasi səylər barədə danışıblar", - deyə Ş.Zaybert qeyd edib.
Bildirilir ki, tərəflər gələcəkdə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.
banner

Oxşar Xəbərlər