• cümə, 29 Mart, 15:26
  • Baku Bakı 14°C

Mərdəkan qalasının bərpa layihəsi hazırdır

23.09.19 12:38 510
Mərdəkan qalasının bərpa layihəsi hazırdır
Mərdəkan qalasının bərpa layihəsi hazırdır.
Bunu Trend-ə açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib. Onun sözlərinə görə, bərpa işləri Dövlət Xidmətinin nəzarəti altında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən həyata keçiriləcək:
"Bu, Azərbaycanda tarixi abidələrin TİKA tərəfindən bərpa olunması baxımından ilk layihə olacaq. Böyük Mərdəkan qəsrinin bərpa layihəsi yekunlaşıb, yaxın günlərdə bərpa işlərinə başlanılacaq".
Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsində yerləşən eyniadlı qala XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. XV əsrə aid Tuba Şah məscidi isə 1481-1482-ci illərdə inşa edilib.
banner

Oxşar Xəbərlər