• cümə, 29 Mart, 02:44
  • Baku Bakı 7°C

“Mercedes”lə “KamAZ” toqquşub, bir nəfər ölüb, üç nəfər xəsarət alıb

20.11.17 10:15 2615
“Mercedes”lə “KamAZ” toqquşub, bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.
Qatı dumanlıhavada "Mercedes” markalı, 10 MJ 199 dövlət nömrə nişanlı avtomobil "KamAZ” markalı, 10 HA 559 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər