• cümə axşamı, 28 mart, 12:32
  • Baku Bakı 16°C

“Məqsəd Rusiyanın proseslərə müdaxiləsinə zəmin yaratmaqdır”

31.05.20 22:51 498
“Məqsəd Rusiyanın proseslərə müdaxiləsinə zəmin yaratmaqdır”
"Azərbaycanın müdafiə naziri Zakir Həsənov dünən ordu səlahiyyətliləri ilə görüşündə Ermənistanın ünvanına xəbərdarlıq səsləndirib, növbəti hərbi toqquşmada işğalçıya 2016-cı ilin aprel döyüşlərindən də ağır zərbə vuracaqlarını bildirib”.SİA-nın məlumatına görə, bunu, açıqlamasında müdafiə nazirinin işğalçıya xəbərdarlığını şərh edən millət vəkili Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, bu xəbərdarlıqdan Ermənistanla yanaşı, həmsədrlərin də nəticə çıxarması vacibdir: "Qarabağ probleminin hərbi yolla həlli istisna deyil. Bu, problemin həlli variantlarından biridir. Çünki məlum olduğu kimi, Ermənistan problemin sülh yolu ilə həllinə maarq göstərmir, ölkəmizə qarşı yeni təxribatlara əl atır. Düşmənin son vaxtlar Naxçıvan, Qazax istiqamətində atəşkəsi pozması müşahidə edilir. Ermənilər bununla Rusiyanı münaqişəyə cəlb etmək istəyirlər. Ermənistan KTMT-nin üzvü kimi atəşkəsi sərhəd nöqtələrində pozur. Çalışır ki, Azərbaycan da məcbur qalıb atəşkəsi pozsun, bununla da Rusiyanın proseslərə müdaxiləsinə zəmin yaransın”.
A.Nağıyev bildirib ki, Azərbaycanın çox güclü ordusu var və bu ordu Qarabağı azad etməyə qadirdi: "Lakin bu məsələdə həm regional, həm də qlobal oyunçuların mövqeyinin də nəzərə alınmasına ehtiyac var. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsdərləri də Azərbaycanın müdafiə nazirinin haqlı mövqeyindən nəticə çıxarmalı, Ermənistan tərəfinin danışıqlar prosesinə iştirakını təmin etməlidir”.
banner

Oxşar Xəbərlər