• cümə, 19 Aprel, 10:38
  • Baku Bakı 13°C

“Mənim sevdiyim o futbol artıq yoxdur”

02.05.17 13:15 964
“Mənim sevdiyim o futbol artıq yoxdur”
"Real”ın sabiq futbolçusu Migel Miçel müasir futbol barədə düşüncələrini bölüşüb.
Kaspi.az xəbər verir ki, hazırda "Malaqa”nı çalışdıran Miçel onun sevdiyi futbolun indi olmadığını bildirib. O, müasir futbolun biznesə çevrildiyini vurğulayıb:
"Bəli, mən həmişə təmiz futbol uğrunda mübarizə aparmışam. Lakin artıq başa düşmüşəm ki, bu oyuna öz baxışın olmalıdır. Axı mənim sevdiyim o futbol artıq yoxdur.
Mən futbolçularıma heç vaxt aşılaya bilmədim ki, köhnə vaxtlarda təmizlik futbola xas xüsusiyyət idi. Çünki indi hər şey xeyli dəyişib və onlar bunu təsəvvür belə edə bilmirlər. Bu gün idmanın bu növü daha çox biznesi xatırladır, nəinki futbolu”.
banner

Oxşar Xəbərlər