• cümə, 19 Aprel, 12:12
  • Baku Bakı 25°C

MƏNİM BİR YAZI GÜNÜ

19.06.17 12:40 8231
MƏNİM BİR YAZI GÜNÜ
Həmişə ən böyük arzum olub ki, səhər tezdən saat 12-dək evdə nəsrlə məşğul olmaq imkanım olsun. Amma bu heç vaxt olmayıb. Çünki ali məktəbi bitirəndən işləyirəm və işin də öz qayda-qanunu var. Sizi əmin edirəm, mənim belə bir zamanım olsaydı, nəsrdə xariqələr yaradardım. Az-çox yazdıqlarımı da səhərlərə borcluyam. Səhərlər çox aktiv oluram. Məhsuldarlığım və yazı həssasiyyətim birə-on artır. Yaddaşım da güclü işləyir. Neçə illərdir əlimdəki mətni ağlaya-ağlaya qoyub işə tələsmişəm və bir də o ovqatı yaxalamağım üçün xeyli əziyyət çəkmiş, vaxt itirmişəm. Ancaq ətrafa baxanda şükr edirəm. Çünki mənim işim də ədəbiyyatla bağlıdır. Bütün günü yaradıcı atmosferdəyəm. Düzdü, nəsrlə məşğul ola bilmirəm, amma yenə də ədəbiyyatdın içindəyəm
Dediyim kimi, mən tezdən işləyən tiplərdənəm. Yəni qaranquşam. Adətən, tezdən qalxıram. Saat 6-da. Namaz qıldığım vaxtlardan qalma vərdişdir. Yazanda yazır, yazmayanda oxuyuram. Yazım olanda, adətən, şənbə-bazara salıram ki, tezdən rahat işləyə bilim. Gün ərzində 3 saat yollarda oluram və həmişə oxuyuram. Son vaxtlar yollarda 20-30 roman oxumuşam. Gün ərzində planım belədir: yol – mütaliə, iş, lazımı görüşlər, ev. Şənbələr tezdən qalxıb işləyirəm. Dincəlirəm. Sonra ya oxuyur, ya da filmə baxıram. Dostlarla görüşməyi də, adətən, işdən sonraya və ya şənbə gününə salıram. Dincələndə də çox zaman yüngül seriallar, ya da balaca məzhəkələr izləyirəm. Ümumiyyətlə, bekar qala bilmirəm. Hökmən nəyləsə məşğul olmalıyam.
banner

Oxşar Xəbərlər