• cümə axşamı, 28 mart, 23:31
  • Baku Bakı 13°C

“Mənim balaca Şahzadəm” yarımfinala yüksəlib

02.05.20 12:15 956
“Mənim balaca Şahzadəm” yarımfinala yüksəlib
"Azanfilm” animasiya studiyasinin istehsalı olan "Mənim balaca Şahzadəm” ("My little prince”) qısametrajlı animasiya filmi Cənubi Koreyada keçirilən 8-ci Seul Kuroqu Beynəlxalq Uşaq Filmləri Festivalının (8th Seoul Guro International Kids Film Festival) yarımfinal mərhələsinə yüksəlib.
Mədəniyyət NazirliyindənAZƏRTAC-a bildirilib ki, festivalın final mərhələsi və mükafatlandırma mərasimi iyulun 2-8-də keçiriləcək.
Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə M.Ələkbərlinin "Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilib. Rəssam M.Ələkbərli Ekzüperinin "Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularını 3D animasiya stili ilə təsviri əlaqələndirməklə yeni bir stilistika ərsəyə gətirib.
Qeyd edək ki, "Mənim balaca Şahzadəm” animasiya filmi daha öncə Banqladeşdə 13-cü Beynəlxalq Uşaq və Türkiyədə UNIVERSAL KIDS Beynəlxalq Film festivallarinda nümayiş etdirilib.
banner

Oxşar Xəbərlər