• cümə, 29 Mart, 00:16
  • Baku Bakı 7°C

“Məni təxribata çəkirdilər”

27.11.13 07:58 1416
“Məni təxribata çəkirdilər”
“İnter”lə oyunda mənə qarşı edilən kobudluqlar ilk dəfə deyildi. Azərbaycana gəldiyim mövsüm ayağımı sındırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Flavinyo deyib.
Braziliyalı yarımmüdafiəçi klubunun rəsmi saytına açıqlamasında AFFA-nın İntizam Komitəsinin onunla bağlı çıxardığı qərar münasibət bildirib.
Flavinyo Topaz Premyer Liqasının XIV turunun “İnter”lə görüşdə hərəkətinə görə aldığı 2 oyunluq cəzanı düzgün saymır: “Uzun müddət oynaya bilmədim. Bu qəddarlığın nədən qaynaqlandığını bilmirəm. Belə futbol oynamaq olmaz. Mən Braziliyanın A seriyasında da oynamışam və çox gözəl bilirəm ki, qayda pozuntusu nədir”.
Flavinyo qarşılaşmanı idarə edən Rəhim Həsənovdan da narazı qalıb: “Karyeram ərzində qırmızı vərəqə almamışdım. Azərbaycanda isə 3 dəfə meydandan kənarlaşdırılmışam və bunların ikisində məhz Rəhim Həsənov mənə qırmızı vərəqə göstərib. Özü də mənə qarşı edilən hərəkətlər qəsdən xəsarət yetirmək niyyəti ilə edilir. “İnter”lə oyunu izləyən hər kəs gördü ki, rəqibin 19 və 88 nömrəli futbolçuları fürsət düşdükcə ayağıma zərbə endirirdi. Belə olan halda, yalnız hakim müdaxilə edərək rəqib futbolçunu vaxtında cəzalandırmalı idi. Oyun ərzində bir neçə dəfə mənə qarşı kobudluq edildiyini baş hakimə desəm də, o əvəzində yalnız gülməklə kifayətləndi. Buna görə də rəqib oyunçu kobudluğunu daha da artırır və məni təxribata çəkməyə çalışırdı. Gah futbolkamdan tutub çəkir, gah da ayağıma zərbə endirirdi, buna baxmayaraq oyunu davam etdirirdim. Nəticədə “İnter”in simulyasiya etmiş futbolçusu sarı vərəqə aldı, mən isə meydandan uzaqlaşdırıldım. Gördünüz ki, həmin futbolçu sarı vərəqə alandan sonra necə ehtiyyatla oynamağa başladı, deməli onu vaxtında cəzalandırmaq lazım idi. Bu cür hallara hələ nə qədər dözməliyəm?”.
Cənubi amerikalı matçla bağlı qərar çıxaran AFFA-nın İntizam komitəsindən frəqli qərar gözləyirmiş: “Təəssüf ki, AFFA-nın İntizam Komitəsi də epizoda obyektiv münasibət bildirmədi. Belə çıxır ki, əgər futbolçu texnikalı oyun göstərirsə onu sındırmaq lazımdır. Bütün dünyada referilər gözəl oyunun qorunması üçün mənim kimi futbolçulara qarşı kobudluğa görə rəqibi dərhal cəzalandırırlar. Mən təkcə özümü demirəm. Azərbaycan çempionatında Riçard Almeyda, Reynaldo, Rəşad Sadiqov, Araz Abdullayev, Əfran İsmayılov, Elvin Məmmədov kimi topla çox yaxşı davranan oyunçular var. Əgər bu gün mənə qarşı belə münasibət göstərilirsə, sabah onlara qarşı da ediləcək. Bundan öncə də demişdim ki, meydanda belə rəftar nəinki karyeramı hətta sağlamlığımı da zərbə altında qoya bilər. Başqa çempionatlarda matçın taleyini aparıcı oyunçular həll edir, Azərbaycanda isə oyunun hakimi ön plana çıxır. Bu cür hallara ədalətli qiymət verilməlidir. Mənim nə günahım var ki, iki oyunluq cəzalandırılıram? Cəzalanmalı olan varsa o da baş hakim və mənə qarşı antifutbol oynayan futbolçulardır”.
Qeyd edək ki, Flavinyonun qırmızı vərəqə aldığı iyunda “Neftçi” “İnter”ə 1:3 hesabı ilə uduzub.
banner

Oxşar Xəbərlər