• cümə, 29 Mart, 14:02
  • Baku Bakı 14°C

Məni separatçı sayırlar? - Bu, sizi niyə narahat edir?

08.06.17 15:45 1246
Məni separatçı sayırlar? - Bu, sizi niyə narahat edir?
İspaniya ilə Kolumbiya yığmaları arasında keçirilən yoldaşlıq görüşündə (2:2) azarkeşlər Jerard Pikeni fitə basıblar.
Kaspi.az xəbər verir ki, Pike bu məsələyə münasibət bildirib. O, separatçı olmadığını, İspaniya yığmasında oynamaqdan qürur duyduğunu deyib:
"Bu, sizi niyə narahat edir? Bu məsələyə niyə konsentrasiya olmalıyıq? Niyə futboldan danışmamalıyıq? Siz bu məsələni o qədər vacib hesab edirsiniz ki, artıq il yarımdı bu barədə soruşursunuz.
Siz hesab edirsiniz ki, məni separatçı sayırlar? Mən separatizm barədə heç vaxt danışmamışam. Mən İspaniya yığmasında oynamaqdan qürur duyuram. Hər oyunda da sübut etməyə çalışıram ki, bu komandanın kapitanı olmağa layiqəm”.
banner

Oxşar Xəbərlər