Mən müəlliməm

Mən müəlliməm

Təfsilat
04 Oktyabr 2019, 15:00 116
Ölkəmizdə təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da artırıb. Ölkəmizdə son illərdə müəllim peşəsini seçənlərin sayı ildən-ilə artır. Müəllim Azərbaycanda həmişə çox hörmətli peşə olub.
AZƏRTAC xəbər verir ki, bu il müəllimlərin diaqnostik qiymətləndirilməsi nəticəsində 150 mindən çox müəllimin dərs yükü 1,5 dəfə, əməkhaqqı isə orta hesabla 2 dəfə artıb. 2019-cu sentyabrın 1-dən qüvvəyə minən Sərəncam nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı təxminən 600 manata çatıb. Bu artımdan sonra ümumtəhsil sistemində çalışan 5 mindən çox müəllimin əməkhaqqı 1000 manatı keçib.