• çərşənbə, 24 Aprel, 01:13
  • Baku Bakı 14°C

Mən “ALOV”u seçdim...

26.11.14 15:40 1524
Mən “ALOV”u seçdim...
Bazarda “Android” əməliyyat sistemi ilə işləyən mobil telefonların artan çeşidi müştərini seçim qarşısında qoyduğu bir vaxtda təbii ki, hər hansı modeli seçmək o qədər də asan görünmür. Hər yeni model satışa çıxdıqca köhnə gözümüzdən düşür.
Mən köhnəlmiş telefonumu yeni smartfona dəyişmək zamanını hiss edib diler mağazalarını gəzərkən bu çətinliyi bir daha yaşadım. Bakcell-in diler mağazalarında diqqətimi yeni Bakcell ALOV smartfonları cəlb etdi. Telefonla ilk tanışlığım da satıcı vasitəsilə başladı. İlk baxışdan xoşuma gələn smartfon haqqında məlumat verən Ramin Əliyev adlı satıcı “Yeni olmasına baxmayaraq indi ən çox alınan modellərdəndir. Həm qiymətdə, həm keyfiyyətdə sərfəlidir”- deyə bildirdi. Əvvəlcə görünüşü ilə diqqətimi çəkən smartfon həmçinin detalları ilə də mənə maraqlı göründü. Çox yüksək keyfiyyətli montaj, meqapiksel kamera, sadəcə çarpıcı dizaynı diqqətimi cəlb etdi. “Bu model keyfiyyəti ilə ən doğru zamanda ortaya çıxdı”- deyən satıcının fikirləri seçimimə dəstək oldu. «ALOV- bu, ən yaxşı Android smartfondur. Yeni satışa çıxarıldığı üçün maraqlananların və alanların sayı da çoxdur. Xüsusən gənclər yeni modellərə meyillidirlər. Alıcılar arasında dəbdə olanı daha tez əldə etməkdə maraqlı olan gənclər kateqoriyası telefona maraq göstərməkdə xüsusi yer tutur”- deyə satıcı əlavə etdi. Təbii ki, belə alıcılar yeni nəsildə yaradıcılıq keyfiyyət dəyişikliyinin əsas indikatoru sayılır. Satıcı əla korpus, cəlbedici dizayn, aydın nümayiş və smartfonlar arasında flaqmanlara malik ən yaxşı səs dinamikasına sahib olduğuna görə ALOV-u fərqləndirdi: “Ölçüsü və böyük ekranına baxmayaraq, rahat düymələri smartfonu daha erqonomik edir. Axtardığınız bütün üstün keyfiyyətləri Bakcell-in ALOV smartfonunda tapacaqsınız”.
Yasamal rayonundakı “Wentto Telekom”un satış meneceri
Rüfət Xankişiyev müasir texnoloji nailiyyətlərlə təchiz edilən “ALOV” u Bakcelli “Bakcell Huawei Y 320” ilə müqayisə edərək yeni telefonun daha mükəmməl smartfon təcrübəsini təmin etdiyini qeyd etdi: “Hər bir smartfon üçün batareya həcmi, prossessorun növü kamera çəkilişi əsasdır. “ALOV” bu keyfiyyətlərə malik olduğundan gənclər daha çox maraqlanır. Onlar internetdən baş çıxardıqlarından smartfon haqqında məlumat əldə etdikdən sonra mağazaya gəlirlər”.
Mən ALOV-u son dəbə uyğun, güclü və eyni zamanda sərfəli, bütün ünsiyyət ehtiyaclarını ödəyən imkanlarla təchiz olunan smartfon kimi almaqdan imtina etmədim. Telefondan istifadə etdikcə ekranın ölçüsü, əldə rahatlığı, foto çəkməyə, yazı yazmağa imkan verən stilusun olması kimi üstünlükləri smartfonun uğurlu model kimi təqdim etməyə imkan verdiyinə inandım. Belə ki, ALOV əl ilə tez bir müddətdə qrafiklərin çəkilməsi, təqvim və digər funksiyaları ilə fərqlənir. Geniş 4.7 düymluq sensorlu ekran, 4-nüvəli prosessor - 1.3 GHz Quad Core, RAM 1024 + ROM 4GB, Əməliyyat sistemi Android 4.4, 5MP kamera + parlaq işıq, 2 MP ön kamera, HSPA/WCDMA şəbəkəsini dəstəkləyir, Batareya 2000 mAh, 1 il zəmanət və s. Bütün bu imkanlardan yararlanmaq üçün sadəcə 129 manat ödədim. Üstəlik, ALOV smartfonunu alana hər ay 1 GB İnternet BONUS olacağını eşidib məmnun qaldım. Smartfonun IMEI kodunu SMS-lə 5810 nömrəsinə göndərməklə İnternet bonusunu almaq və kampaniyaya qoşulmaq mümkündür. Kampaniyaya qoşulandan sonra ay ərzində balansı 5 AZN məbləğində artırmaqla həmin bonusu mütəmadi olaraq əldə etmək olacaq.
ALOV-la yaxından tanışlıqdan sonra smartfonun əvvəlki sələflərindən nə ilə fərqləndiyinə daha yaxşı bələd oldum. ALOV-un hər kəsin həsəd aparacağı smartfon olduğuna inandım. Bir toxunuşla sevdiklərimlə ünsiyyət yaratmaq üçün mən ALOV-u seçdim.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər