• cümə, 19 Aprel, 21:48
  • Baku Bakı 24°C

Məmmədyarov: "Polşanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı ilə bağlı mövqeyi birmənalıdır"

18.10.17 14:20 2325
Məmmədyarov: "Polşanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı ilə bağlı mövqeyi birmənalıdır"
"Azərbaycanla Polşa arasında qədim əlaqələr var".
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovpolşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi qeyd olunur: "Prezidentİlham Əliyevbu ilin iyununda Polşada səfərdə olarkən strateji tərəfdaşlıq sazişi imzalanıb. İki ölkə arasında əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də dərin və genişdir. Polşanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı ilə bağlı mövqeyi birmənalıdır. Buna görə təşəkkür edirəm".
E. Məmmədyarov həmkarı ilə görüşdə Polşa, Baltik dənizi, Ukrayna, Gürcüstan və Azərbaycandan Çinə qədər uzanan nəqliyyat dəhlizini müzakirə etdiklərini deyib: "Həm də İran vasitəsi ilə Hindistana gedə bilən nəqliyyat dəhlizi variantı var. Bu məsələni də müzakirə edirik".
Nazir qeyd edib ki, Polşa prezidenti gələn ilə Azərbaycana rəsmi səfərə gələcək.
"İki ölkə arasında 41 sənəd imzalanıb, 10-dan çox sənədə isə baxılmaqdadır. Gələn il əlaqələrin 100 iliyi qeyd olunur. Bu istiqamətdə tədbirlər planı nəzərdə tutulub", - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər