• çərşənbə axşamı, 19 mart, 12:41
  • Baku Bakı 8°C

Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda Vyanada görüşə razılıq veriblər - Yenilənib

16.11.17 17:20 2039
Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda Vyanada görüşə razılıq veriblər - Yenilənib
Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda VyanadaATƏTNazirlər Şurasının toplantısı çərçivəsində görüşməyə razılıq veriblər.

APA-nın məlumatına görə, bu barədəATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, həmsədrlər görüş üçün hərtərəfli siyasi həllə bağlı məsələləri və təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirləri özündə birləşdirən gündəliyi hazırlayacaqlar: "Xüsusi diqqətATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi məsələsinin yekunlaşmasına yönəldiləcək".

Bəyanatda Moskvada noyabrın 14-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, bu gün isə Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovla görüşün keçirildiyi vurğulanır.

Qeyd olunur ki, həmsədrlər nazirlərlə oktyabrın 16-da Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri tərəfindən əldə olunmuş razılaşmanın icrası üçün konkret addımları və həmin görüşdə həmsədrlər tərəfindən qaldırılmış digər məsələləri müzakirə ediblər.

Görüş zamanı tərəflər arasında masada olan bir sıra təkliflərlə bağlı fikir mübadiləsi də aparılıb.

-----------
14:55
Xarici işlər naziriElmar MəmmədyarovunATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət HacıyevAPA-ya açıqlamasında bildirib ki, danışıqlar konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-AzərbaycanDağlıq Qarabağmünaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb: "Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır.
H. Hacıyevin sözlərinə görə, görüş əsnasında təklif olunub ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcəkATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsindəATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirib: "Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir".
banner

Oxşar Xəbərlər