• çərşənbə axşamı, 23 aprel, 21:28
  • Baku Bakı 20°C

Məmmədyarov: Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır

20.11.17 14:21 2146
Məmmədyarov: Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır
Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Nazir vurğulayıb ki, bu, asan məsələ deyil: "Status-kvo qəbuledilməzdir və dayanıqlı deyil. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını tələb edir”.
Azərbaycan XİN rəhəbri əlav edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün həll yollarını tapmaq lazımdır.
S.Lavrovla danışıqlara toxunan E.Məmmədyarov qeyd edib ki, tərəflər ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiyanın ATƏT Minsk qrupunun həmsədri qismində rolunu müzakirə edib: "Mən Rusiya XİN rəhbərini Azərbaycanın mövqeyi barədə və Moskvada həmsədrlərlə müzakirələrin yekunu barədə məlumatlandırdım. Mən həmsədrlərlə predmet danışıqlar apadım. Bu gün isə həll yolları tapmaq lazım olan məsələləri müzakirə etdik. Mən Yerevana səfəri ərəfəsində S.Lavrovu məlumatlandırdım ki, məsələnin bu vəziyyətdən çıxmasına kömək edə biləcək həll yolları mövcuddur”.
banner

Oxşar Xəbərlər