• cümə, 29 Mart, 02:59
  • Baku Bakı 7°C

Məmmədquliyev: “ÜTT ilə bağlı danışıqlarda ciddi irəliləyiş yoxdur”

21.09.17 14:50 1196
Məmmədquliyev: “ÜTT ilə bağlı danışıqlarda ciddi irəliləyiş yoxdur”
"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması istiqamətində danışıqlarda elə bir ciddi irəliləyiş yoxdur”.
APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
O bildirib ki, iyulun axırında Cenevrədə keçirilən görüşlərdə çox ciddi müzakirələr aparılıb: "Qarşı tərəf narahatdır ki, Azərbaycan 20 ildir danışıqlar aparır, amma nəticələr yüksək deyil. Biz görüşdə razılaşdıq ki, nə zaman hazır olsaq və ya onların hansısa təkliflərini qəbul etsək, onda yeni bir görüş keçirə bilərik".
banner

Oxşar Xəbərlər