• çərşənbə axşamı, 23 aprel, 18:20
  • Baku Bakı 20°C

Məmmədquliyev: "Çalışsaq, gələn il Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqları bitirmək olar”

17.11.17 15:20 2216
Məmmədquliyev: "Çalışsaq, gələn il Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqları bitirmək olar”
"Düşünürəm ki, çalışsaq, gələn il ərzindəAvropa İttifaqıilə Azərbaycan arasında yeni saziş üzrə danışıqları bitirmək olar”.

BunuAPA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, saziş üzrə növbəti görüş noyabrın 27-28-də olacaq: "Görüş siyasi və təhlükəsizlik məsələləri bloku üzrə olacaq. Ardınca video konfrans ola bilər. Sonra hamı istirahətə gedir. İnanmıram ki, ilin sonunadək sazişi razılaşdırmaq olar, bu, real görünmür. Orada bir neçə ciddi məsələ var. Ticarət, investisiya, sektoral, siyasi və təhlükəsizlik kimi ciddi bloklar müzakirə olunur”.

Diplomat qeyd edib ki, Azərbaycan tərəfi sazişin adı ilə bağlı məsələni hələ qaldırmır: "Hər iki tərəf adla bağlı öz versiyasını irəli sürüb. İstəyirik ki, bu, vacib, hərtərəfli və dərin saziş olsun. Adının müəyyənləşməsi ilə bağlı sonuncu mərhələdə danışmaq olar”.
banner

Oxşar Xəbərlər