• çərşənbə, 24 Aprel, 10:29
  • Baku Bakı 13°C

Məleykə Abbaszadə: “Yeni imtahan modeli ilə bağlı çox sual var”

20.10.17 16:45 3823
Məleykə Abbaszadə: “Yeni imtahan modeli ilə bağlı çox sual var”
2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı valideynlər və şagirdlərlə görüş Dövlət İmtahan Mərkəzinin bütün regional bölmələrdə keçiriləcək.
APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, yeni imtahan modeli ilə bağlı insanların çoxlu sualı var.
Onun sözlərinə görə, bu il IX sinifdə oxuyan şagirdlər buraxılış imtahanlarını yeni model əsasında veriblər, onların müəyyən qədər təcrübəsi var: "Amma bununla yanaşı onların da müəyyən qədər sualları olur. 2 ildən sonra yeni növ buraxılış və qəbul imtahanlarında abituriyentləri, şagirdləri nə gözləyəcəyi ilə bağlı bütün suallara cavab vermək üçünmaarifləndirmə işi bütün regionlarda aparılacaq”.
banner

Oxşar Xəbərlər