• şənbə, 20 Aprel, 17:06
  • Baku Bakı 23°C

Məktəblərdə yoluxma statistikası artarsa, qabaqlayıcı tədbirlər görülməlidir

23.09.20 09:15 381
Məktəblərdə yoluxma statistikası artarsa, qabaqlayıcı tədbirlər görülməlidir
Məncə, Təhsil Nazirliyinin ümumtəhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı açıqladığı statistika prosesin nəzarətdə saxlanılmasına imkan verir.
Bunu Trend-ə təhsil eksperti Elçin Süleymanov deyib.
Onun sözlərinə görə, açıqlamadan təhsil müəsisəsində yoluxma sayının ümümi yoluxmanın olduqca az hissəsinin təşkil etdiyi məlum olur ki, belə bir vəziyyət də normal sayıla bilər:"Hətta məktəbdə yoluxma sayı küçədə və nəqliyyat vasitələrində, ticarət məkanlarında olan yoluxma sayından daha azdır. Amma gələcəkdə təhsil müəssisələrində yoluxma statistikası artarsa, onda qabaqlayıcı tədbirlər görülməlidir.
Mütəxəssis əlavə edib ki, Azərbaycanda əksər ölkələrdə olduğu kimi pandemiya ilə əlaqədar olaraq hökumət müəyyən qoruyucu tədbirlər görür:"Təhsil Nazirliyinin əmrinə əsasən 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə tədris əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir. 21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar. Bu statistika valideynləri narahat etsə də, Təhsil Nazirliyin açıqlamasına görə, deyə bilərik ki, yoluxmaların əksəriyyəti məktəb xaricində olub. Sadəcə bir neçə fakt məktəbdə qeydə alınıb".
E.Süleymanov qeyd edib ki, bu yoluxma faktı iki nüansa görə dəyərləndirilməlidir. Birincisi, yoluxmalar məktəblərdə bəzi günlərdə dərslərin əyani olması üçün hələlik risk təşkil etmir. Bəzi yoluxma olan təhsil müəssisələrində tədris prosesinin dayandırılması riski azaldır:"İkincisi isə COVİD-19-a yoluxma hallarının olmaması üçün tədris müəssisələrində karantin qaydalarına və sanitar gigiyenik şəraitə diqqət artırılmalıdır. Pandemiya təhlükəsi qalmaqdadır və xırda səhlənkarlıq və diqqətsizlik böyük fəsadlara gətirə bilər. Buna görə də bir neçə ay həm təhsilverənlər, həm də təhsil alanlar diqqətli və intizamlı olmalıdır".
banner

Oxşar Xəbərlər